Alleqri: "Real"a məğlubiyyəti yaddaşımızdan silməliyik"

Alleqri: "Real"a məğlubiyyəti yaddaşımızdan silməliyik" "Bizim vəzifəmiz müsbət nəticə əldə etməkdir"
Futbol
10 Aprel , 2018 23:58
Alleqri: Reala məğlubiyyəti yaddaşımızdan silməliyik

Bakı. 10 aprel. REPORT.AZ/ "Bizim vəzifəmiz kədərli ev oyununu yaddaşdan silmək və müsbət nəticə əldə etməkdir".

“Report” "Football Italia" nəşrinə istinadən xəbər verir ki, bu sözləri İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının ¼ final matçı çərçivəsində "Real" ilə keçiriləcək cavab qarşılaşması haqqında fikirlərini bölüşərkən deyib.

"Bizim vəzifəmiz kədərli ev oyununu yaddaşdan silmək və müsbət nəticə əldə etməkdir. Biz oyunun necə alınacağını bilmirik. Ola bilsin ki, "Santyaqo Bernabeu"da oyun başlayandan üç dəqiqə sonra qol vuracağıq.

Bütün dünya oyuna baxacaq və biz heç bir təəssüf hissi keçirmədən çıxış edəcəyik. Bizə maksimum məhsuldarlıq və fürsətlərdən istifadə etmək lazımdır", - deyə Alleqri bildirib.

Komandalar arasında Turin şəhərində keçirilən ilk matç İspaniya klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi