Yuxarı

Alessandro Del Pyero koronavirusa görə çətinliklə üzləşib

Alessandro Del Pyero koronavirusa görə çətinliklə üzləşib

191

İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Alessandro Del Pyero ölkəsində koronavirus epidemiyası səbəbindən çətinliklə üzləşib.

"Report" "Metaratings" nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı sabiq hücumçu viza ilə bağlı Milan və Genuyada yerləşən Rusiya Federasiyasının Baş Konsulluqlarından birini ziyarət edə bilməyib.

O, Rusiyaya getmək üçün ABŞ-ın Los-Anceles şəhərindən Ermənistanın paytaxtı Yerevana səfər edib. Del Pyeronun planının uğurla həyata keçdiyi və onun artıq Yerevandan Moskvaya getdiyi vurğulanıb.

Qeyd edək ki, daha öncə İtaliya A Seriyasının bir neçə görüşü koronavirusa görə təxirə salınıb, bəziləri isə azarkeşsiz keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi