Aleksandr Starkov Latviya millisinin baş məşqçisi postundan istefaya göndərilib

Aleksandr Starkov Latviya millisinin baş məşqçisi postundan istefaya göndərilib Bakı. 3 aprel. REPORT.AZ/ Futbol üzrə Latviya milli komandasının baş məşqçisi Aleksandr Starkov istefaya göndərilib.
Futbol
3 Aprel , 2018 15:06
Aleksandr Starkov Latviya millisinin baş məşqçisi postundan istefaya göndərilib

Bakı. 3 aprel. REPORT.AZ/ Futbol üzrə Latviya milli komandasının baş məşqçisi Aleksandr Starkov istefaya göndərilib.

“Report” xəbər verir ki, bu barədə qərar Latviya Futbol Federasiyasının İcraiyyə Komitəsinin (İK) iclasında qəbul olunub. Toplantıda yığmanın Millətlər Liqasına hazırlığı müzakirə olunub və komandanın martın 25-də Cəbəllütariqə 0:1 hesabı ilə uduzması vurğulanıb.

Daha sonra səsvermə keçirilib. Nəticədə İK üzvlərindən 6-sı 63 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirməyin əleyhinə, 3 nəfər isə lehinə səs verib. Milli komanda ilə bağlı növbəti qərarlar İK-nın aprelin 6-da keçiriləcək iclasında qəbul olunacaq. Beləliklə, Latviya yığması iyunun 9-da Riqada Azərbaycan millisi ilə yoldaşlıq görüşünə yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. 

Qeyd edək ki, Aleksandr Starkov 2001 - 2004, 2007 – 2013-cü illərdə də Latviya yığmasına rəhbərlik edib. O, ötən il 3-cü dəfə bu posta təyin edilmişdi. 63 yaşlı mütəxəssis 2012 – 2013-cü illərdə “Bakı”nın da baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi