Yuxarı

Aleksandr Səmədov peşəkar futbolçu karyerasını başa vurub

Aleksandr Səmədov peşəkar futbolçu karyerasını başa vurub

Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov peşəkar karyerasını başa vurub.

“Report” xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə “Instagram” hesabında yazıb. Səmədov karyerası ərzində ona dəstək olan ailəsinə, dostlarına, məşqçilərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, ötən mövsüm Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinən Səmədov, 2002-ci ildən başlayan peşəkar karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo”, “Lokomotiv” və paytaxtın eyni adlı klublarında çıxış edib.

O, 2003-cü ildə AVRO-2004-ün seçmə mərhələsində Finlandiya ilə oyuna hazırlıq ərəfəsində baş məşqçi Əsgər Abdullayev tərəfində Azərbaycan millisininə dəvət alıb. Lakin təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirməyə rəqib tapılmadığı üçün onun yığmadakı debütü baş tutmayıb. Səmədov daha sonra Azərbaycan millisinə gəlməkdən imtina edib.

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçının səfiri olan Səmədov 2011 – 2018-ci illər aralığında Rusiya millisinin heyətində 53 oyuna 7 qol vurub. O, bir müddət əvvəl karyerasını Azərbaycanda davam etdirmək ehtimalının olduğunu açıqlamışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi