Aleksandr Əliyev Ukrayna polisi ilə mübahisəyə görə cərimələnib - VİDEO

Aleksandr Əliyev Ukrayna polisi ilə mübahisəyə görə cərimələnib - VİDEO Ukrayna milli komandasının əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev növbəti dəfə qalmaqala səbəb olub.
Futbol
12 Sentyabr , 2019 17:04
Aleksandr Əliyev Ukrayna polisi ilə mübahisəyə görə cərimələnib - VİDEO

Ukrayna milli komandasının əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev növbəti dəfə qalmaqala səbəb olub.

"Report" "Championat" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı veteran yarımmüdafiəçinin dostları ilə birlikdə olduğu avtomobili polis saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücüdən sənədləri təqdim etməsini istəyib. Əliyev isə dostu ilə birlikdə polisə sərt reaksiya verib və onlarla mübahisə edib. 

Nəticədə onlar polis tərəfindən cərimələnib. 

Qeyd edək ki, Aleksandr Əliyev futbolçu karyerasının böyük hissəsini Ukraynanın "Dinamo" (Kiyev) komandasında keçirib. O, Rusiyanın "Lokomotiv" (Moskva) "Anji" klublarında da forma geyinib. Sabiq yığma üzvü hazırda həvəskar səviyyədə çıxış edir.

Son xəbərlər

Orphus sistemi