Aleks de Souza "Neftçi"nin çıxış etdiyi turnirə qatılacaq

Aleks de Souza "Neftçi"nin çıxış etdiyi turnirə qatılacaq Bakı. 29 mart. REPORT.AZ/ Türkiyənin Fənərbağça klubunun sabiq futbolçusu Aleks de Souza Neftçi komandasının da qatıldığı İzmir şəhərində təşkil olunacaq U-12 İzmir Cupda iştirak edəcək.
Futbol
29 Mart , 2018 19:05
Aleks de Souza Neftçinin çıxış etdiyi turnirə qatılacaq

Bakı. 29 mart. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun sabiq futbolçusu Aleks de Souza "Neftçi" komandasının da qatıldığı İzmir şəhərində təşkil olunacaq "U-12 İzmir Cup"da iştirak edəcək.

"Report"un məlumatına görə, braziliyalı sabiq futbolçu beynəlxalq turnirdə topa ilk toxunuşu endirəcək. 

Turnir aprelin 6-8-də Türkiyənin "Altınordu" klubunun İsmet Orhunbilge idman kompleksində keçiriləcək.

Qeyd edək ki, 21 ölkədən 56 komandanın iştirak edəcəyi turnirdə "Neftçi”nin B qrupundakı rəqibləri "Atletik” (İspaniya), "Sampdoriya” (İtaliya), "Fənərbaxça” (Türkiyə), "Bucaspor” (Türkiyə) və "Brommapoykarna” (İsveç) klublarıdır.

Son xəbərlər

Orphus sistemi