Aftandil Hacıyev: "Səbail"in vəziyyəti "Neftçi" ilə müqayisəolunmazdır"

Aftandil Hacıyev: "Səbail"in vəziyyəti "Neftçi" ilə müqayisəolunmazdır" Neftçi ilə matçlarımız hər zaman maraqlı keçib. Onu da nəzərə almaq lazımdır ki, hazırda komandaların durumları fərqlidir. Bizim vəziyyətimiz həm futbolçu, həm də qarşıya qoyulan məqsədlər baxımından Neftçi ilə müqayisəolunmazdır.
Futbol
30 Noyabr , 2019 14:14
Aftandil Hacıyev: Səbailin vəziyyəti Neftçi ilə müqayisəolunmazdır

"Neftçi" ilə matçlarımız hər zaman maraqlı keçib. Onu da nəzərə almaq lazımdır ki, hazırda komandaların durumları fərqlidir. Bizim vəziyyətimiz həm futbolçu, həm də qarşıya qoyulan məqsədlər baxımından "Neftçi" ilə müqayisəolunmazdır". 

Bu fikirləri "Report"a açıqlamasında "Səbail" komandasının baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XIII turunda qarşılaşacaqlar "Neftçi" ilə oyundan öncə deyib. 

38 yaşlı mütəxəssis hər oyun meydanda əzimkarlıqla mübarizə aparmağa çalışdıqlarını bildirib: "Bu, bəzən alınır. "Neftçi" ilə matçda da çalışacağıq ki, meydanda ən yaxşısını edək".

Hacıyev komandasının ardıcıl 8 oyunda qələbə qazana bilməməsinə də toxunub:

"Düşünürəm ki, ilk dövrədəki qələbələrimiz yaydakı təlim-məşq toplanışının bəhrəsi idi. Avropa Liqasında da çıxış edirdik deyə, digər komandalardan daha tez toplaşmışdıq. Birinci dövrədə ilk pillələrdə olanda belə fikrimi söyləmişdim. Həmin vaxt demişdim ki, işimiz daha da çətinləşə bilər. Görünürdü ki, komandada rəqabətsizlik var. Hazırda isə hər oyuna itkilərlə meydana çıxırıq. Bu gün "Səbail"in rəqabətsizlikdən əziyyət çəkməsi açıq-aşkar görünür".

Qeyd edək ki, dekabrın 1-də keçiriləcək "Səbail" - "Neftçi" matçı saat 15:00-da başlayacaq.   

Son xəbərlər

Orphus sistemi