Yuxarı

Aftandil Hacıyev: “Ehtiyatlı olmalı idik”

Aftandil Hacıyev: “Ehtiyatlı olmalı idik”

109

“Oyun həqiqətən də hər iki komandanı həyəcana salmışdı. Bu gərginlik meydanda da hiss olunurdu. Lakin əvvəlki oyunlarımız davamını gətirəcəyimizə ümid verirdi. Futbolçularımız yaxşı oyun və nəticə ilə ümidlərimizi doğrultdular”.

“Report"un məlumatına görə, bunu Səbailin baş məşqçisi Aftandil Hacıyev evdə “Qəbələ”yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, 6 legionerlə çıxış edən rəqibə qarşı mübarizə aparmaq asan deyildi: “İlk hissəni rəqibin aktivinə yazmaq olar. İkinci hissədə isə aktivliyi artırdıq və 3 qol vurduq”.

Hacıyev 11 turdur qələbə qazanan “Səbail”in son iki turda meydanı 3 xalla tərk etməsinin səbəbini də açıqlayıb:

“Mövsümün ilk yarısında da pis çıxış etmirdik. 11 oyun qələbə qazana bilməməyimizə önəm vermirəm. Yaxşı oyun bizim qələbəmiz idi. Heç-heçələr sayəsində qazandığımız xallar bizə mübarizəni davam etdirməyə imkan verir. Futbolda “qara zolaq”lar da mümkündür. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərmək istəyir. Qarşıda çətin oyunumuz var. “Sabah”da son 2 turda qələbə qazanıb. Bu oyunu tezliklə unudub qarşıdakı matça hazırlaşmalıyıq".

Baş məşqçi yeni və zədədən dönən oyunçuların vəziyyətini müsbət dəyərləndirib:

“Əvəzetmələrdə ehtiyatlı olmalı idik. Uzun müddətdən sonra Eriko Da Silvanı meydana buraxdıq. Peyman Keşavarz zədəli olsa da Rauf Əliyevin vəziyyəti pis deyil. Digər oyunçuları Bahadur Həziyevi ilk dəfə Premyer Liqada kəşf etdik. Tezliklə qalan futbolçularımızın da meydana dönməsi önəmlidir. Yeni transferimiz Lema Mabididə 6 ay oynamadıqdan sonra praktikasının çatışmadığı aydındır. Özü də çalışqandır və komandaya fayda verəcəyini düşünürəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi