Afrika Millətlər Kubokunun keçirilmə vaxtı və iştirakçıların sayı dəyişdirilib

Afrika Millətlər Kubokunun keçirilmə vaxtı və iştirakçıların sayı dəyişdirilib Turnir artıq qışda deyil, iyun və ya iyul ayında təşkil olunacaq
Futbol
21 İyul , 2017 12:42
Afrika Millətlər Kubokunun keçirilmə vaxtı və iştirakçıların sayı dəyişdirilib

Bakı. 21 iyul. REPORT.AZ/ Afrika Millətlər Kubokunun keçirilmə vaxtı və iştirakçıların sayı ilə bağlı dəyişiklik edilib. 

“Report”un məlumatına görə, Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsinin iclasında turnirin artıq qışda deyil, iyun və ya iyul ayında təşkilinə dair qərar qəbul olunub. Yarış iştirakçılarının sayı isə 16-dan 24-də artırılıb.

Dəyişiklik 2019-cu ildə Kamerunda keçiriləcək turnirdə tətbiq olunacaq. Yarış əvvəllər olduğu kimi iki ildən bir Afrika ərazisində baş tutacaq və yalnız bu qitənin yığmaları iştirak edə biləcəklər.

Qeyd edək ki, Afrika Millətlər Kuboku 1957-ci ildən keçirilir. Turnirin qalibi Konfederasiyalar Kubokunda iştirak hüququ qazanır. Yarışda ən çox - 7 dəfə Misir yığması qalib gəlib. Sonuncu turnirdə qızıl medalları Kamerun millisi əldə edib.

Son xəbərlər

Orphus sistemi