Afrika Millətlər Kubokunda növbəti finalçı müəyyənləşib - VİDEO

Afrika Millətlər Kubokunda növbəti finalçı müəyyənləşib - VİDEO Həlledici qarşılaşmada Misir və Kamerun yığmaları üz-üzə gələcək
Futbol
3 Fevral , 2017 00:54
Afrika Millətlər Kubokunda növbəti finalçı müəyyənləşib - VİDEO

Bakı. 3 fevral. REPORT.AZ/ Qabonda keçirilən futbol üzrə Afrika Millətlər Kubokunda daha bir finalçı müəyyənləşib.

"Report"un məlumatına görə, bu, Kamerun yığmasıdır.

Uqo Broosun baş məşqçi olduğu komanda yarımfinalda Qananı məğlubiyyətə uğradıb - 2:0. Qolları 72-ci dəqiqədə Mişel Nqadu-Naaci, 90+3-cü dəqiqədə isə Kristian Bassoqoq vurub.

Beləliklə, fevralın 5-də keçiriləcək final matçında Kamerun Misirlə qarşılaşacaq. Bundan bir gün öncə isə 3-cü yer uğrunda görüşdə Qana və Burkina-Faso yığmaları üz-üzə gələcək.

Qeyd edək ki, əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələn ilk yarımfinal matçında Misir Burkina-Fasonu penaltilər seriyasında üstələyib - 4:3. 

Son xəbərlər

Orphus sistemi