​AFFA "Xəzər Lənkəran"ı cəzalandırıb

​AFFA "Xəzər Lənkəran"ı cəzalandırıb Buna futbolçuların davranışı səbəb olub
Futbol
28 Aprel , 2015 13:50
​AFFA Xəzər Lənkəranı cəzalandırıb

Bakı. 28 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Xəzər Lənkəran" klubunu cəzalandırıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XXXI tur matçında lənkəranlı futbolçuların davranışı səbəb göstərilib. 

Müdafiəçi Elvin Mirzəyev oyunun 45+1-ci dəqiqəsində ikinci sarı vərəqə aldığı üçün meydandan kənarlaşdırılıb. Nəticədə komitə "ağ-yaşıllar"ı 200 manat cərimələyib. Mirzəyev isə 1 oyunluq cəzalandırılıb. Bundan başqa Lənkəran təmsilçisinin heyətində 4 futbolçu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə başa çatıb - 1:0. 

Son xəbərlər

Orphus sistemi