​AFFA Samir Ələkbərova yeni vəzifə verib

​AFFA Samir Ələkbərova yeni vəzifə verib O, Bakıda yerləşən "Mançester Yunayted" Futbol Məktəbində çalışacaq
Futbol
31 Mart , 2015 12:58
​AFFA Samir Ələkbərova yeni vəzifə verib

Bakı. 31 mart. REPORT.AZ/ AFFA Azərbaycanın tanınmış futbolçularından olan Samir Ələkbərova yeni vəzifə verib. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, o, Bakıda fəaliyyət göstərən "Mançester Yunayted" Futbol Məktəbində çalışacaq.

S.Ələkbərov məktəbdə ingiltərəli mütəxəssis Mik Bennetin köməkçisi olacaq. Sabiq hücumçu yeni vəzifəsinin icrasına aprelin 1-dən başlayacaq.

Qeyd edək ki, bu vəzifədə daha öncə Azərbaycan milli komandasında baş məşqçinin köməkçisi olan Elxan Abdullayev çalışıb. 

Son xəbərlər

Orphus sistemi