Yuxarı

​AFFA "Rəvan"ın 3 futbolçusunu cəzalandırıb

Qəbələ 1000 manat cərimə olunub

Bakı. 20 oktyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz", "Rəvan" və "Qəbələ" klublarını cəzalandırıb. "Report"un məlumatına görə, cəzalar Azərbaycan Premyer Liqasının VIII turunda baş verənlərlə bağlıdır.

"Rəvan" – "Kəpəz" matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. "Rəvan"ın futbolçuları Kənan Manafov, Novruz Məmmədov və Orxan Lalayev oyun ərzində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hərəyə 1 oyun cəzalanıb, klub isə hər cəzaya görə 200 manat ödəməli olacaq.

"Neftçi" – "Qəbələ" matçında isə "qırmızı-qaralar"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 1000 manat cərimələnib.

Ölkə Kubokunun ilkin təsnifat mərhələsində MOİK – "Turan Tovuz" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib. Oyunun 50-ci dəqiqəsində Tovuz təmsilçisinin heyətində Qüvvət Əmrahov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu isə 20 manat cərimələnib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi