Bakı. 15 oktyabr. REPORT.AZ/ AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, E.Məmmədov BATE (Belarus) - "Barselona" (İspaniya) oyununun direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma oktyabrın 20-də Borisov şəhərindəki eyniadlı arenada keçiriləcək.