AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb

AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb Elçin Məmmədov Moskvaya yollanacaq
Futbol
14 Oktyabr , 2016 16:03
AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasına təyinat alıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Məmmədov Rusiyanın paytaxtı Moskvada iş başında olacaq.

O, ÇSKA (Rusiya) - "Monako" (Fransa) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, oktyabrın 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi