AFFA rəsmiləri Azərbaycan milli komandasının oyununu izləyəcəklər

AFFA rəsmiləri Azərbaycan milli komandasının oyununu izləyəcəklər Bakı. 14 noyabr. REPORT.AZ/ AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov Gürcüstanda səfərdədir.
Futbol
14 Noyabr , 2018 11:51
AFFA rəsmiləri Azərbaycan milli komandasının oyununu izləyəcəklər
Elxan Məmmədov

Bakı. 14 noyabr. REPORT.AZ/ AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov Gürcüstanda səfərdədir.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, milli assosiasiya rəsmiləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsində İsraillə keçirəcəyi oyunu izləyəcəklər. 

Qeyd edək ki, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi