AFFA "Qəbələ" və "Neftçi" klublarını cəzalandırıb

AFFA "Qəbələ" və "Neftçi" klublarını cəzalandırıb Klubların cəzalanmasına azarkeşlər səbəb olub
Futbol
14 Dekabr , 2016 13:44
AFFA Qəbələ və Neftçi klublarını cəzalandırıb

Bakı. 14 dekabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 finalında AZAL-ı qəbul edən "Qəbələ" klubunu cəzalandırıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, meydan sahibi azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

"Zirə" - "Neftçi" matçının 30-cu dəqiqəsində isə qonaq azarkeşlər pirotexniki vasitələrdən istifadə edilib. AFFA buna görə "Neftçi"ni 800 manat cərimələyib. 

Son xəbərlər

Orphus sistemi