Yuxarı

AFFA "Qaradağ Lökbatan"ı futbolçusundan klub prezidentinədək cəzalandırıb

Tahir Mustafayevin 10 oyun stadiona girişinə qadağa qoyulub

Bakı. 21 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsi I Divizionun XXIV turunun “Rəvan” – “Qaradağ Lökbatan” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb. "Report"un məlumatına görə, 77-ci dəqiqədə "Rəvan"ın qolunun oyundankənar vəziyyətdən vurulmasına etiraz edən qonaq komandanın futbolçusundan klub prezidentinədək cəzalandırılıb.

Komitənin rəsmi açıqlamasında bildirilir ki, həmin epizodda "Qaradağ Lökbatan” T.Mustafayevin göstərişilə meydanı tərk edib. Klub prezidenti öz hərəkətləri ilə yaranmış vəziyyəti daha da gərginləşdirib, hakimləri təhqir edib. Lakin matçın hakim-inspektorunun təkidi ilə oyun 12 dəqiqədən sonra bərpa olunub və matç sona qədər oynanılıb. 

İntizam Komitəsi “Qaradağ Lökbatan”ı 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 100 manat, meydanı özbaşına tərk etdikləri üçün 1000 manat cərimələyib. Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaq. Bundan başqa “Qaradağ Lökbatan”ın baş məşqçisi Əfqan Talıbov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzaya, klub 100 manat cəriməyə məruz qalıb. Meydanı tərk edərkən klubun prezidenti Tahir Mustafayev geniş kütlə qarşısında hakimlər briqadasını və Hakimlər Komitəsini təhqir etdiyindən, onun 10 oyun stadiona girişinə qadağa qoyulub, klub 2000 manat cərimələnib. 

"Rəvan"a gəldikdə, 85-ci dəqiqədə futbolçusu Ceyhun Cavadovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması səbəbindən, oyunçu 1 matçlıq cəzalanıb, klub 20 manat cərimə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi