​AFFA qapıçı Kamran Ağayevin cəzasını qüvvədə saxlayıb

​AFFA qapıçı Kamran Ağayevin cəzasını qüvvədə saxlayıb Qurumun Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib
Futbol
6 Fevral , 2016 03:11
​AFFA qapıçı Kamran Ağayevin cəzasını qüvvədə saxlayıb

Bakı. 6 fevral. REPORT.AZ/ AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, iclasda "İnter”in qapıçı Kamran Ağayevlə bağlı müraciətinə baxılıb.

Müzakirələrdən sonra qərara gəlinib ki, AFFA-nın İntizam Komitəsinin Ağayev barədə bir il öncə çıxardığı 3 oyunluq kənarlaşdırma cəzası qüvvəsində saxlanılsın.

Qeyd edək ki, Kamran Ağayev "Qəbələ"də çıxış etdiyi vaxt - ötən mövsümün ilk yarısının son tur matçının 76-cı dəqiqəsində "İnter"in futbolçusu Mikel Alvaronu vurduğu üçün 3 oyunluq cəzalandırılıb. Bundan sonra təcrübəli qapıçı Türkiyəyə üz tutub. O, yayadək "Kayserispor"da, bu mövsümün ilk yarısında isə "Karşıyaka"da çıxış edib. Ağayev "İnter"ə keçdikdən sonra cəzasından bir oyunu Azərbaycan Premyer Liqasında XIX turun "Zirə" ilə görüşündə çəkib. O, sabah "Qəbələ", XXI turda isə AZAL-la oyunlarda iştirak ərizəsindən kənarda qalacaq.

Son xəbərlər

Orphus sistemi