AFFA oyunun gec başlamasına görə "Keşlə"ni cərimələyib

AFFA oyunun gec başlamasına görə "Keşlə"ni cərimələyib AFFA İntizam Komitəsi Keşlə klubunu 800 manat məbləğində cərimələyib.
Futbol
30 Oktyabr , 2019 12:29
AFFA oyunun gec başlamasına görə Keşləni cərimələyib

AFFA İntizam Komitəsi "Keşlə" klubunu 800 manat məbləğində cərimələyib. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb IX turda "Qəbələ" ilə ev oyununun gec başlamasıdır. 

Qarşılaşma paytaxt təmsilçisinə görə 2 dəqiqə yubanıb və klub bunun üçün cəzalandırılıb. 

Qeyd edək ki, qarşılaşma "Keşlə"nin 2:1 hesablı qələbəsi ilə bitib. 

Son xəbərlər

Orphus sistemi