Yuxarı

​AFFA-nın yeni saytı istifadəyə verilib

AFFA-nın indiyə qədər fəaliyyətdə olan saytı 2005-ci ildə istifadəyə verilmişdi

Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bu gündən affa.az, affavideo.az və affatv.az saytlarını yeni dizayn və strukturda istifadəçilərin ixtiyarına verib. "Report"un məlumatına görə, assosiasiyanın yeni saytında fan Store, online bilet satışı, sponsorluq və satış, virtual tur, fan zona, ictimaiyyət (Könüllülər, Hakimlər, Məşqçilər) bölmələri yer alıb.

Yeni dizayna uyğun olaraq, AFFA-nın tədbrilərindən hazırlanmış videomaterialları, həmçinin affa.az saytına daxil olaraq canlı yayımlara birbaşa baxmaq olur. Yeni saytda xəbərlər, axtarış və s. bölmələrdə keçmiş məlumatların tapılmasında müəyyən çətinlik və problemlə üzləşdikdə “Köhnə sayt” düyməsi vasitəsilə keçid edərək lazımi informasiyaları əldə etmək mümkündür.

Qeyd edək ki, AFFA-nın indiyə qədər fəaliyyətdə olan saytı 2005-ci ildə istifadəyə verilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi