AFFA-nın XXV Konfransı keçirilib

AFFA-nın XXV Konfransı keçirilib Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol
7 Mart , 2018 14:56
AFFA-nın XXV Konfransı keçirilib
Report/ Firi Salim

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.

"Report"un məlumatına görə, əvvəlcə Azərbaycan milli komandasının ötən il keçirdiyi oyunlarda vurulmuş qollardan ibarət videoçarx nümayiş olunub.

AFFA-nın prezidenti Rövnəq Abdullayev tədbiri açaraq, konfrans nümayəndələrini, qonaqları və KİV əməkdaşlarını salamlayıb. Hesabat dövrü ərzində ölkə futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən R.Abdullayev görülən işlərin müsbət nəticələr verməkdə olduğunu qeyd edib.

Mandat komissiyasının sədri Rəmiş Malıyev məruzə edərək Konfransın səlahiyyətli olduğunu bildirib.

Səsvermələrin nəticəsini hesablamaq üçün tərkibi Rövşən Əhmədov, Vaqif Ömərov və Kərim Ağayevdən ibarət say komissiyası seçilib.

Konfransda FIFA və UEFA nümayəndələrinin iştirak etdiyini qeyd edən baş katib Elxan Məmmədov FIFA-nın Avropa ölkələri üzrə kuratoru Byorn Vassallonu FIFA-nın Konfansa müraciətini səsləndirmək üçün kürsüyə dəvət edib. Daha sonra baş katib geniş məruzə ilə çıxış edib, ardınca hesabat videoçarxı nümayiş olunub.

AFFA-nın baş mühasibi Xalid Cavadov 2017-cı ilin maliyyə hesabatını təqdim edib. Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Həsənovun hesabatı dinlənilib.

Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə futbolun kütləviliyinin artırılması istiqamətində görülən işlərlə bağlı çıxış edib.

UEFA-nın "HatTrick" proqramı haqqında təqdimatla Konfransda iştirak edən Tyerri Favrenin fikirləri dinlənilib.

Azərbaycan milli komandasının da iştirak edəcəyi UEFA Millətlər Liqası turnirilə bağlı UEFA-nın hazırladığı tanıtım videoçarxı izlənilib. Videoçarx başa çatdıqdan sonra söz Konfransda iştirak edən UEFA İcraiyyə Komitəsinin üzvü John Delaneyə verilib.

Konfransın öz işini bitirdiyini elan edən AFFA-nın prezidenti R. Abdullayev konfrans iştirakçılarını qarşıdan gələn Novruz bayramı, xanımları isə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Sonda AFFA və UNICEF-in birgə hazırladığı videoçarx izlənilib.

Konfransdan sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Son xəbərlər

Orphus sistemi