AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə ayrılan vəsaitin həcmi açıqlanıb

AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə ayrılan vəsaitin həcmi açıqlanıb Peşəkar Futbol Liqasına 75 min manat ödənilib
Futbol
15 Mart , 2017 16:14
AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə ayrılan vəsaitin həcmi açıqlanıb

Bakı. 15 mart. REPORT.AZ/ Ötən ildə AFFA-nın tərkibində olan federasiyalar və üzvlərə ayrılan vəsaitin həcmi 842 min 822 manat təşkil edib. 

"Report"un məlumatına görə, bu barədə AFFA-nın Maliyyə və Mühasibat Departamentinin 2016-cı il üzrə Hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, ümumi məbləğin 39,8 faizi Futzal Federasiyasına, 21,5 faizi Regional Futbol Federasiyasına, 19,5 faizi Futbol Veteranları İttifaqına, 8,9 faizi Peşəkar Futbol Liqasına, 5,93 faizi Çimərlik Futbol Federasiyasına, 2,35 faizi İctimai Futbol Federasiyasına, 1,84 faizi Tələbə Futbol Federasiyasına, 0,42 faizi Əlillər Futbol Federasiyasına və 0,26 faizi Sahə Futbol Federasiyasına ayrılıb.

AFFA-nın ayırdığı vəsait (manatla)

Futzal Federasiyası - 331,030.00

Regional Futbol Federasiyası - 180, 888.00

Futbol Veteranları İttifaqı - 164,727.00

Peşəkar Futbol Liqası - 75,000.00

Çimərlik Futbol Federasiyası - 50,000.00

İctimai Futbol Federasiyası - 19,900.00

Tələbə Futbol Federasiyası - 15,500.00

Əlillər Futbol Federasiyası - 3,577.00

Sahə Futbol Federasiyası - 2,200.00

Son xəbərlər

Orphus sistemi