AFFA-nın prezidenti UEFA Konqresində və FİFA prezidenti seçkisində iştirak edəcək

AFFA-nın prezidenti UEFA Konqresində və FİFA prezidenti seçkisində iştirak edəcək Bu barədə Elxan Məmmədov məlumat verib
Futbol
25 Fevral , 2016 11:38
AFFA-nın prezidenti UEFA Konqresində və FİFA prezidenti seçkisində iştirak edəcək

Bakı. 25 fevral. REPORT.AZ/ AFFA-nın prezidenti Rövnəq Abdullayev İsveçrənin Sürix şəhərində UEFA-nın növbədənkənar Konqresində və FİFA prezidenti seçkisində iştirak edəcək. Bu barədə "Report"a milli assosiasiyanın baş katibi Elxan Məmmədov məlumat verib. 

E.Məmmədov bu gün keçiriləcək Konqresə R.Abdullayevlə birgə qatılacağını bildirib. İclasın gündəliyinə 3 məsələ daxil edilib: Ötən və qarşıdakı hesabat ilinin müzakirəsi, təşkilatın büdcəsi və Nizamnaməsində dəyişikliklərin edilməsi. UEFA prezidenti Mişel Platininin üzləşdiyi situasiyanın da diqqətdən kənarda qalmayacağı gözlənilir.  

FİFA prezidenti seçkisi isə fevralın 26-da baş tutacaq. Baş katib sabahkı tədbirdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun da iştirakının gözlənildiyini bildirib.  

Son xəbərlər

Orphus sistemi