Yuxarı
    Bağlamaq

    ​AFFA İntizam Komitəsi "Qəbələ"nin qapıçısını cəzalandırıb

    Ukraynalı yeni transfer Neftçi ilə oyunu buraxacaq

    Bakı. 13 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXI turunda yaşıl meydanlarda baş verənlərə hüquqi qiymət verib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komitə "Qəbələ” ilə matçda "Simurq"u 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat cərimələyib.

    Bundan başqa matçın 45+2-ci dəqiqəsində “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb. Kluba isə 200 manat cərimə kəsilib. Bezotosnı fevralın 15-də "Neftçi" ilə növbəti turun oyununu buraxmalı olacaq. 

    Qeyd edək ki, "Simurq" - "Qəbələ" matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi