AFFA-nın baş katibi və səfir Monakoya yollanıb

AFFA-nın baş katibi və səfir Monakoya yollanıb Onlar Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimində iştirak edəcəklər
Futbol
31 Avqust , 2018 10:25
AFFA-nın baş katibi və səfir Monakoya yollanıb
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov və Bakıda keçiriləcək Avropa Liqasının final matçının səfiri Vəli Qasımov Monakoya yollanıb. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki şəxs Avroliqanın qrup mərhələsinin püşkatma mərasiminə qatılacaq. Bakı vaxtı ilə saat 15:00-da başlanacaq tədbirdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ"ın rəqibləri müəyyənləşəcək. 

Qeyd edək ki, Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi