Yuxarı

AFFA-nın baş katibi UEFA Avropa Liqasının layihə meneceri ilə görüşüb

AFFA-nın baş katibi UEFA Avropa Liqasının layihə meneceri ilə görüşüb

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar martın 27-də və 28-də UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri təşkil olunub.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun baş katibi Elxan Məmmədovla tərəfdaşların səfəri çərçivəsində paytaxtımıza təşrif buyuran UEFA Avropa Liqasının layihə meneceri Andreas Şer arasında görüş keçirilib.

Görüşdə finalın təşkilati işləri ilə bağlı ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, final matçı mayın 29-da keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi