Yuxarı

AFFA-nın baş katibi U-19 yığmasının üzvləri ilə görüşüb

Görüş Mili Komandaların Təlim-Məşq Mərkəzində baş tutub

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Mili Komandaların Təlim-Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. "Report"un məlumatına görə, baş katib komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb.

U-19-un baş məşqçisi Nazim Süleymanov oyunlara hazırlıq üçün yaradılmış şəraitə görə AFFA rəhbərliyinə təşəkkür edib, seçmə mərhələdə uğurlu çıxış etmək üçün hər bir futbolçunun səylərini əsirgəməməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 5-ci qrupun oyunları 10, 12 və 15 noyabr tarixlərində Bakıda təşkil olunacaq. Azərbaycan yığması Bosniya və Herseqovina, Ukrayna və Türkiyə komandaları ilə mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi