Bakı. 22 may. REPORT.AZ/ "Renat Dadaşovun "Ayntraxt"la peşəkar müqavilə bağlaması sevindirici haldır".
"Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. O bildirib ki, Frankfurt klubunun əsas komandasına cəlb edilən R.Dadaşov karyerasını Azərbaycan millisində də davam etdirəcək: "Renatın mayın 17-də 18 yaşı tamamlanıb və dərhal onunla peşəkar müqavilə bağlanılıb. Düşünürəm ki, Dadaşov millidə oynayacaq. Artıq FİFA müvafiq qərarı qəbul edib".
Qeyd edək ki, Renat Dadaşov Almaniya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçının hazırlıq prosesinə çağırılsa da, adı oyunun iştirak ərizəsinə daxil edilməyib. O, Şimali İrlandiya yığması ilə növbəti qarşılaşma öncəsi təlim-məşq toplanışına da dəvət alıb.