AFFA-nın baş katibi: "İnanırıq ki, Norveçlə oyunda məqsədimizə nail olacağıq"

AFFA-nın baş katibi: "İnanırıq ki, Norveçlə oyunda məqsədimizə nail olacağıq" "Serbiya ilə yoldaşlıq görüşü futbolçuları yoxlamaq baxımından bir fürsətdir"
Futbol
2 İyun , 2015 13:38
AFFA-nın baş katibi: İnanırıq ki, Norveçlə oyunda məqsədimizə nail olacağıq

Bakı. 2 iyun. REPORT.AZ/ "Norveç yığması ilə oyunda 3 xal qazanmalıyıq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O xatırladıb ki, hələlik millinin "AVRO-2016"nın seçmə qrup mərhələsində cəmi 3 xalı var: "Bu isə azdır. Artıq millimiz oyunun hazırlıqlarına başlayıb, bu məqsədlə komanda Avstriyaya təlim məşq toplanışına yollanıb. İyunun 7-də Serbiya ilə yoldaşlıq görüşü keçiriləcək, bu, futbolçuları yoxlamaq baxımından bir fürsətdir. İnanırıq ki, Norveçlə oyunda məqsədimizə nail olacağıq".

E.Məmmədov milliyə ilk dəfə dəvət alan Pavel Paşayev barədə də danışıb: "Milliyə çağırılmasında onun da təşəbbüsü olub. Baş məşqçimiz Robert Prosineçki milliyə çağırılmamışdan əvvəl də onu izləyirdi".

Qeyd edək ki, Norveç-Azərbaycan matçı iyun ayının 12-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi