Yuxarı

AFFA-nın baş katibi Azərbaycan yığması ilə görüşüb

Elxan Məmmədov milli komandaya Avropa çempionatının elit-raundunda uğurlar arzulayıb

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Məmmədov Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmaya uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının elit-raund mərhələsində martın 17-də Xorvatiya, 19-da Portuqaliya 2 gün sonra isə Serbiya komandası ilə qarşılaşacaq. Oyunlar Bakıda təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi