Yuxarı

AFFA Nazim Süleymanovu təbrik edib

Federasiyanın baş katibi Elxan Məmmədov təcrübəli mütəxəssislə görüşüb

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Nazim Süleymanovla görüşüb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Məmmədov təcrübəli mütəxəssisi 50 yaşı tamam olması münasibəti ilə təbrik edib.

Görüş federasiyanın inzibati binasında keçirilib. Baş katib assosiasiyanın prezidenti Rövnəq Abdullayevin və ölkə futbol ictimaiyyətinin adından onu təbrik edib, cansağlığı, uzun ömür, Azərbaycan fubolunun inkişafında yeni-yeni nailiyyətlər arzulayıb. Daha sonra üzərində Nazim Süleymanovun adı yazılmış Azərbaycan milli komandasının 50 nömrəli futbolkası yubilyara təqdim edilib. N.Süleymanov təbrikə və xoş sözlərə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Nazim Süleymanov futbolçu karyerası ərzində "Avtomobilçi" (Mingəçevir), "Spartak", "Alaniya" və "Jemçujina" (hamısı Rusiya) klublarının şərəfini qoruyub. Baş məşqçi kimi isə "Jemçujina", "Xəzər Lənkəran", AZAL və "Neftçi"də çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi