AFFA milli komandaların ən yaxşı futbolçusunun mükafatlandırma mərasimini yenə keçirməyəcək

AFFA milli komandaların ən yaxşı futbolçusunun mükafatlandırma mərasimini yenə keçirməyəcək Səbəb seçmə tsikldəki nəticələrin nəzərdə tutulduğu səviyyədə olmamasıdır
Futbol
16 Noyabr , 2015 17:28
AFFA milli komandaların ən yaxşı futbolçusunun mükafatlandırma mərasimini yenə keçirməyəcək

Bakı. 16 noyabr. REPORT.AZ/ AFFA 2015-ci ildə milli komandaların ən yaxşı futbolçusunun mükafatlandırılma mərasimini keçirməyəcək. Bu barədə "Report"a qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, səbəb millinin AVRO-2016-nın seçmə tsiklindəki nəticələrinin nəzərdə tutulduğu səviyyədə olmamasıdır: "Komandamızın qarşısına AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanma məqsədi qoyulmuşdu. Amma təəssüf ki, son seçmə tsikldə bu vəzifə yerinə yetirilmədi. Ona görə də ən yaxşı futbolçunun mükafatlandırılma mərasimi olmayacaq".

Qeyd edək ki, AFFA ötən il də eyni səbəbdən analoji tədbiri keçirməyib. 

Son xəbərlər

Orphus sistemi