Yuxarı
    Bağlamaq

    AFFA Məşqçilər Komitəsinin üzvləri Nikolay Adamla görüşüb

    Görüşdə U-19-un Avropa çempionatının elit-raund mərhələsinə hazırlığı barədə fikir mübadiləsi aparılıb

    Bakı. 2 mart. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adamla görüşüb. 

    "Report"un məlumatına görə, görüşdə yığmanın Finlandiya və İrlandiyada keçirilmiş təlim-məşq toplanışları, Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq barədə ətraflı fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, elit-raundun oyunları 26 - 31 martda Fransada təşkil olunacaq. Azərbaycan yığması Fransa, İngiltərə və Danimarka ilə eyni qrupda yer alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi