Bakı. 2 mart. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adamla görüşüb.
"Report"un məlumatına görə, görüşdə yığmanın Finlandiya və İrlandiyada keçirilmiş təlim-məşq toplanışları, Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, elit-raundun oyunları 26 - 31 martda Fransada təşkil olunacaq. Azərbaycan yığması Fransa, İngiltərə və Danimarka ilə eyni qrupda yer alıb.