Yuxarı
    Bağlamaq

    AFFA komitələrinə təyinatlar olub, "Bakcell Arena” ilə bağlı qərar verilib

    Federasiyanın strukturu təyin olunub

    Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin yeni seçilmiş heyətlə ilk iclası keçirilib. "Report"un məlumatına görə, aparılmış müzakirələrdən sonra federasiyanın strukturu təyin olunub.

    Belə ki, Rauf Əliyev AFFA-nın I vitse-prezidenti, Elşad Nəsirov vitse-prezidenti seçilib, Elxan Məmmədov növbəti 4 il müddətinə federasiyanın baş katibi vəzifəsinə təsdiq olunub. AFFA-nın Hakimlər Komitəsinin, Hakim-İnspektorlar Komitəsinin, İntizam Komitəsinin, Oyunçuların Statusu və Transferi Komitəsinin və Apellyasiya Arbitraj Tribunalının tərkibi isə aşağıdakı kimi təsdiq olunub:

    Hakimlər Komitəsi
    Xəqani Məmmədov – sədr
    Kərim Ağayev
    Rafiq Pənahpur
    Ramiz Mustafayev
    Səfər Haşımov

    Hakim-İnspektorlar Komitəsi
    Əli Hüseynov – sədr
    Bəşir Əliyev
    Tofiq Şükürov
    Əsgər Əmirəliyev
    Vüsal Əliyev

    İntizam Komitəsi
    Tofiq Fətullayev – sədr
    İlqar Əliyev
    Məlik Həsənov
    Altay Zahidov
    Ağamehdi Mehdiyev
    Erkin Hüseynov
    Rasim Zeynalov (inspektor)

    Oyunçuların Statusu və Transferi Komitəsi
    Rəmiş Malıyev – sədr
    Musa Qurbanov
    Zamiq Hüseynov
    Orxan Hüseynzadə
    Nailə Rüstəmzadə

    Apellyasiya Arbitraj Tribunalı
    Muxtar Babayev – sədr
    Vasib Əkbərov
    Arif Fərəcov
    Zaur Qəhrəmanov
    Ziya Babayev
    Murad Heydərov

    Komitənin iclasında qəbul olunmuş digər qərarlar: 

    Oyunçuların Statusu və Transferi Komitəsi, Apellyasiya Arbitraj Tribunalı, İntizam Komitəsi, Media Komitəsi və Vasitəçilərlə bağlı normativ sənədlər təsdiq olunub.

    Azərbaycan Premyer Liqasında çıxış edən klubların cərimələrinin və legionerlər üçün rüsumun məbləği olduğu kimi saxlanılıb.

    "Bakcell Arena” AFFA-nın balansında saxlanılmaqla “Neftçi” PFK-nın istifadəsinə verilib.

    Rafiq Mirzəyev Azərbaycan U-16 yığmasının baş məşqçisi təyin olunub.

    UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın Yerli Təşkilat Komitəsinə rəhbərlik AFFA-nın baş katibliyinə tapşırılıb.

    İcraiyyə Komitəsi klublara, hakimlərə münasibətdə AFFA-nın nizamnaməsinin və müvafiq yarışların əsasnamələrinin tələblərinə uyğun davranmalı olduğu barədə xəbərdarlıq edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi