AFFA Klublar Komitəsinin sabahkı iclası yeni tərkibdə keçiriləcək

AFFA Klublar Komitəsinin sabahkı iclası yeni tərkibdə keçiriləcək "Bakı" və "Simurq"u "Zirə", "Kəpəz" və "Rəvan"ın rəsmiləri əvəzləyəcək
Futbol
6 Avqust , 2015 16:08
AFFA Klublar Komitəsinin sabahkı iclası yeni tərkibdə keçiriləcək

Bakı. 6 avqust. REPORT.AZ/ AFFA Klublar Komitəsinin 2015-2016-cı il mövsümündə ilk iclası avqustun 7-də keçiriləcək. "Report"un məlumatına görə, komitə yeni tərkibdə bir araya gələcək.

Ötən mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş "Simurq" və "Bakı"nın nümayəndələri toplantıya qatılmayacaq. Onları debütantlar - "Zirə", "Kəpəz" və "Rəvan"ın rəsmiləri əvəzləyəcək. İclasın gündəliyinə cari məsələlərlə yanaşı, ötən mövsüm müzakirə olunan və yekun qərar qəbul olunmayan məsələlər də salınıb.

Qeyd edək ki, "Hilton" otelində keçiriləcək iclas saat 11:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi