AFFA Klublar Komitəsi texniki məğlubiyyətlərin qarşısını almaq üçün təklif irəli sürüb

AFFA Klublar Komitəsi texniki məğlubiyyətlərin qarşısını almaq üçün təklif irəli sürüb Kamran Quliyev: "Bu, Azərbaycan futbolu və klubların imicinə zərbədir"
Futbol
4 Dekabr , 2018 14:24
AFFA Klublar Komitəsi texniki məğlubiyyətlərin qarşısını almaq üçün təklif irəli sürüb

Bakı. 4 dekabr. REPORT.AZ/ AFFA Klublar Komitəsi texniki məğlubiyyətlərin qarşısını almaq üçün təklif irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə qurumun iclasından sonra “Neftçi”nin prezidenti Kamran Quliyev bildirib. Onun sözlərinə görə, iclasın gündəliyinə Azərbaycan Premyer Liqasının oyunlarında texniki skamyada əyləşən rəsmi şəxslərin sayının artırılması və əsas komandanın təşkilati işləri funksiyasını icra edən baş menecerin lisenziyaların verilməsi ilə bağlı bəndin daxil edilməsi bununla bağlıdır: “Bu il Premyer Liqada 2, I divizionda isə 3 texniki məğlubiyyət verilib. Bu, Azərbaycan futbolu və klubların imicinə zərbədir. Ona görə də təklif olunub ki, matç zamanı yalnız inzibati işlərlə məşğul olacaq əlavə ayrılmış bir şəxsə lisenziya verilsin. Avrokuboklarda qrup oyunlarına fikir verən, əvəzləmələri edən məşqçilər deyil. Bizdə isə bu işlə birbaşa köməkçi-məşqçilər məşğul olur. Bu isə anormal işdir. Camaat milyonlarla pul xərcləyir, bir nəfərin səhvinə görə hər şey havaya gedir. Bu cür hallar təkrar baş verir. Bu səbəbdən, əlavə bir şəxsə lisenziya verilməsi üçün Peşəkar Futbol Liqasına müraciət etmişik. Yəqin ki, bu yenilik qış fasiləsindən sonra tətbiq olunacaq”.

Qeyd edək ki, AFFA Klublar Komitəsinin iclası bu gün baş tutub.

Son xəbərlər

Orphus sistemi