Yuxarı

AFFA Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

Klublar iki aydan sonra yenidən bir araya gələcək

Bakı. 8 aprel. REPORT.AZ/ AFFA Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb. "Report"un məlumatına görə, tədbir aprelin 15-də Bakıdakı otellərdən birində təşkil olunacaq.

Hələlik toplantının məkanı və başlama saatı dəqiqləşməyib. Amma iclas barədə Azərbaycan Premyer Liqasında mübarizə aparan bütün klublara bildiriş göndərilib. Gündəliyə isə teleyayım, futbolçuların klublarla müqavilələri və digər məsələlər salınıb.

Qeyd edək ki, bu, Klublar Komitəsinin sayca 5-ci iclası olacaq. Komitə üzvləri sonuncu dəfə fevralın 13-də bir araya gəliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi