Yuxarı

AFFA "Keşlə"nin ukraynalı baş məşqçisini 4 oyunluq cəzalandırıb

Samir Abasova isə xəbərdarlıq olunub

Bakı. 25 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsi “Keşlə”nin baş məşqçisi Yuri Maksimovu 4 oyunluq cəzalandırıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis “Sumqayıt”la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununun 72-ci dəqiqəsində aqressiv davranışa görə texniki zonadan kənarlaşdırıldığı üçün sanksiya ilə üzləşib. Bu isə o deməkdir ki, Maksimov mayın 28-də “Qəbələ” ilə final matçını kənardan izləyəcək.

“Keşlə” Maksimovun davranışına görə 3200 manat cərimə də ödəməli olacaq.

Azərbaycan Premyer Liqasında XXIV turun “Sumqayıt” – “Qarabağ” matçı başa çatdıqdan sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov, məşqçi Seymur Rəhimov və rəsmi şəxs Elnur İbişov hakimə qarşı emosional tərzdə etiraz ediblər. Bu səbəbdən adları çəkilən şəxslərə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə, həmin şəxslər cəzalanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi