AFFA "Keşlə" klubunu idman direktoruna görə cəzalandırıb

AFFA "Keşlə" klubunu idman direktoruna görə cəzalandırıb Bakı. 29 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda II turun Keşlə-2 - Sumqayıt-2 matçında insident baş verib.
Futbol
29 Avqust , 2018 14:22
AFFA Keşlə klubunu idman direktoruna görə cəzalandırıb
0 : 00
0 : 00

Bakı. 29 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda II turun "Keşlə-2" - "Sumqayıt-2" matçında insident baş verib.

"Report"un məlumatına görə, xoşagəlməz olaylar oyunun sonlarına təsadüf edib. 90+5-ci dəqiqədə paytaxt komandasının futbolçusu Ruslan Nəsirli hakimi təhqir edib. Nəticədə o, meydandan kənarlaşdırılıb. AFFA İntizam Komitəsi futbolçuya 4 oyunluq cəza, klubuna 320 manat cərimə kəsib.

Oyun başa çatdıqdan sonra isə “Keşlə”nin idman direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub və onlara etirazını bildirib. İntizam Komitəsi klubu daha 160 manat cərimələyib. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq olunacaq.

Qərara alınıb ki, oyunun hakimi və hakim-inspektoru haqqında müvafiq olaraq Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsi lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Bundan başqa "Sumqayıt-2” 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən 80 manat cərimələnib. Klubun daha bir futbolçusu Səbuhi Abdullazadə I Divizionda ilk turun “Şüvəlan”la qarşılaşmasının 36-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. O, 2 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.

I Divizionun II turunda “Neftçi-2” ilə matç 66-cı dəqiqəsində isə “Sabah-2”nin məşqçisi Alim Qurbanov qaydaları pozduğu üçün texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən, məşqçi 1 oyun cəzalanıb, klub 80 manat cərimə olunub.

Son xəbərlər

Orphus sistemi