AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib "Qəbələ"nin müdafiəçisi 1 oyunluq cəzalanıb
Futbol
14 Fevral , 2017 12:56
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib

Bakı. 14 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlərə baxılıb. 

“Qəbələ” ilə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə"yə 800 manat cərimə kəsilib. Oyunun 74-cü dəqiqəsində “Qəbələ”nin müdafiəçisi Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. 

“Sumqayıt”la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Neftçi" də 800 manat ziyana düşüb. 

Son xəbərlər

Orphus sistemi