Bakı. 9 dekabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi I divizionda çıxış edən "Lokomotiv" klubuna 0:3 hesablı texniki məğlubiyyət verib. "Report"un məlumatına görə, buna "Ağsu" komandası ilə səfər oyunu zamanı yetərsayın pozulması səbəb olub.
"Dəmiryolçular" dekabrın 8-də keçirilmiş qarşılaşmaya 7 futbolçu ilə çıxıblar. Oyunun fasiləsi zamanı “Lokomotiv”in futbolçusu zədələnib. Bununla da yetərsay təmin olunmayıb. Nəticədə matç davam etdirilməyib.
Qeyd edək ki, "Lokomotiv" rəhbərliyi meydana lazımi sayda futbolçu çıxara bilməməsini oyunçuların yolda yedikləri qidadan mədələrinin pozulması ilə əlaqələndirirlər.