Azərbaycan Premyer Liqasında çıxış edən iki futbolçunun cəza müddəti açıqlanıb

Azərbaycan Premyer Liqasında çıxış edən iki futbolçunun cəza müddəti açıqlanıb AFFA İntizam Komitəsi iki futbolçunu bir oyunluq cəzalandırıb.
Futbol
23 Aprel , 2019 12:33
Azərbaycan Premyer Liqasında çıxış edən iki futbolçunun cəza müddəti açıqlanıb

AFFA İntizam Komitəsi iki futbolçunu bir oyunluq cəzalandırıb. 

"Report" xəbər verir ki, bunlar "Səbail"dən Tome Kitanovski və “Sabah”dan Məmmədov Novruzdur. Kitanovski XXV turda "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri matçda, Məmmədov isə evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Hər iki futbolçunun klubu buna görə 200 manat məbləğində cərimələnib. 

İntizam Komitəsi "Neftçi" klubuna da 800 manat cərimə kəsib. Səbəb komandanın 4 oyunçusunun "Sabah"la görüşdə sarı vərəqə almasıdır. 

Son xəbərlər

Orphus sistemi