AFFA İcraiyyə Komitəsinin üzvləri elit-raundda iştirak edəcək milli komanda ilə görüşüb

AFFA İcraiyyə Komitəsinin üzvləri elit-raundda iştirak edəcək milli komanda ilə görüşüb AFFA İcraiyyə Komitəsinin üzvləri Avropa çempionatının elit-raund mərhələsində çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüblər.
Futbol
15 Mart , 2019 10:18
AFFA İcraiyyə Komitəsinin üzvləri  elit-raundda iştirak edəcək milli komanda ilə görüşüb
0 : 00
0 : 00

AFFA İcraiyyə Komitəsinin üzvləri Avropa çempionatının elit-raund mərhələsində çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüblər.

“Report” xəbər verir ki, yığma oyunların keçiriləcəyi Rusiyanın Krasnodar şəhərinə yola düşməzdən əvvəl AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov, eləcə də Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç U-19-un üzvləri ilə görüşüblər.

“Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində keçirilmiş görüşdə yığmaya uğrular arzulanıb, müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, Azərbaycanın U-19 millisi elit-raund mərhələsində martın 20-də Rusiya, martın 23-də İrlandiya, martın 26-da isə Rumıniya ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi