AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsində struktur dəyişikliyi müzakirə olunacaq
Futbol
13 Sentyabr , 2018 13:20
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası sentyabrın 14-də keçiriləcək. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 12:30-da AFFA-nın inzibati binasında başlanacaq tədbirin gündəliyinə iki əsas məsələ daxil edilib. Bunlar AFFA-nın Hakimlər Komitəsinin və Hakim-İnspektorlar Komitəsinin struktur dəyişikliyi, eləcə də lisenziyalaşdırma prosesi ilə bağlı müzakirələrdir. Konfransda digər məsələlər də müzakirə olunacaq. 

Qeyd edək ki, İcraiyyə Komitəsinin iclasından sonra brifinq təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi