AFFA İcraiyyə Komitəsinə namizədin adı müəyyənləşib

AFFA İcraiyyə Komitəsinə namizədin adı müəyyənləşib Onun namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülüb
Futbol
1 Mart , 2017 18:06
AFFA İcraiyyə Komitəsinə namizədin adı müəyyənləşib

Bakı. 1 mart. REPORT.AZ/ AFFA-nın martın 16-da təşkil olunacaq növbəti Hesabat Konfransı çərçivəsində baş tutacaq seçkidə İcraiyyə Komitəsinə vakant yerə namizəd olan 1 yer üçün namizəd müəyyənləşib. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, hazırda Azərbaycan Futzal Federasiyasının prezidenti vəzifəsində çalışan Zaur Axundovdur. 

Onun namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülüb. 

Qeyd edək ki, nizamnaməyə əsasən, İcraiyyə Komitəsi üzvlüyünə namizəd AFFA-nın üzvü və ya dolayı üzvü tərəfindən Konfransın keçiriləcəyi tarixdən ən azı 15 gün əvvəl baş katibliyə təqdim olunmalıdır. 

Son xəbərlər

Orphus sistemi