Yuxarı

AFFA-da Əhməd Ələsgərovun anım tədbiri keçirilib

Mərhumun xatirəsi yad olunub

Bakı. 29 may. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında əməkdar məşqçi Əhməd Ələsgərovun anım tədbiri keçirilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə ölkə futbol ictimaiyyətinin nümayəndələri, futbol veteranları və mətbuat təmsilçiləri iştirak edib.

Əvvəlcə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev çıxış edərək Rüstəm Rəhimovla birgə AFFA tərəfindən Ukraynaya ezam olunmaları və Ə.Ələsgərovun dəfn mərasimində iştirak etmələri barədə danışıb, mərhumun ailəsinin göstərilən diqqətə görə Azərbaycan futbol ictimaiyyətinə təşəkkür etdiyini deyib.

Futbol veteranları Çingiz İsmayılov, Fuad Tağızadə, Bəşir Əliyev, Rüstəm Rəhimov, İskəndər Cavadov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Nağı Babayev və Vaqif Sadıqov çıxış edərək Əhməd Ələsgərovla bağlı xatirələrini bölüşüb, Azərbaycan futbolunun inkişafındakı əvəzsiz xidmətlərini qeyd edib, onun parlaq xatirəsinin futbolsevərlərin qəlbində daim yaşayacağını deyiblər.

Tədbir iştirakçıları Əhməd Ələsgərovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi