Yuxarı
    Bağlamaq

    AFFA danışılmış oyunlarda adı hallananların siyahısına yeni adlar daxil edib

    15 futbolçunun adı isə siyahıdan kənarlaşdırılıb

    Bakı. 14 dekabr. REPORT.AZ/ UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatların AFFA və PFL tərəfindən araşdırılması davam edir. "Report"un məlumatına görə, AFFA İntizam Komitəsi danışılmış oyunlarda adları hallananların siyahısında dəyişikliklər edib.

    Müvafiq komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən iki şəxs araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılır:

    Şahdağ (Qusar): Uce Cukunyere

    Energetik (Mingəçevir): Ruslan Həmidov

    9 nəfər barəsində AFFA-nın İntizam Komitəsinin 22 noyabr tarixli qərarı araşdırma başa çatana qədər qüvvəsində qalıb:

    Şahdağ (Qusar): İqrar Səmədov, Rafael Kübərov (İnzibatçı)

    Rəvan (Bakı): Elvin Əliyev, Cəmşid Məhərrəmov

    Göyəzən (Qazax): Arzuman Vəliyev, Tunar Şahtaxtinski

    Energetik (Mingəçevir): Elvin Əlizadə, Kamran Lalayev

    Hakim: Anar Niyazov

    Əvəzində daha 15 futbolçu barəsində İntizam Komitəsinin 22 noyabr tarixli qərarı qüvvədən düşmüş sayılıb:

    Şahdağ (Qusar): Kamran Ağakərimov, Tofiq Şəfiyev, Mahiddin Ağamov, Faik Ağakərimov

    Rəvan (Bakı): Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Omid Masumi, Fərid Quliyev, 

    Bakılı (Bakı): Bəhram Bəhramzadə, Xəzər Qəribov

    Göyəzən (Qazax): Orxan Əsgərov

    Energetik (Mingəçevir): Orxan Əlibalayev

    Şərurspor (Bakı): Mehdi Rəsulov, Samir Musayev

    Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi