Yuxarı

AFFA rəhbərliyi Emin Mahmudovun soyadının yanlış yazılması ilə əlaqədar tədbir görüb

AFFA-dan Emin Mahmudov cəzası

Xorvatiya ilə səfərdə keçirdiyi Avropa çempionatının seçmə oyunu zamanı Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovun soyadının forması üzərində yanlış yazılması ilə əlaqədar AFFA rəhbərliyi tədbir görüb. 

"Report"un qurumun rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, texniki səhv üzündən məsul şəxslərə ciddi xəbərdarlıq olunub. Mahmudovun formasında soyadı "Makhmudıv" kimi yazılıb. Bu, "Neftçi"nin yarımmüdafiəçisi 72-ci dəqiqədə meydana daxil olduğu vaxt diqqətdən yayınmayıb.  

Qeyd edək ki, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi